"Milli maddi - mənəvi dəyərlərimizin qorunması" çərçivəsində "Milli musiqimiz" mövzusuna həsr olunmuş dərs

24.04.2025 - ci ildə məktəbin musiqi müəllimi Ş.Məmmədlinin rəhbərliyi ilə 8b sinfində "Milli maddi - mənəvi dəyərlərimizin qorunması" çərçivəsində "Milli musiqimiz" mövzusuna həsr olunmuş dərs keçirilmişdir.Dərs zamanı şagirdlərlə milli musiqilərimiz - xalq mahnılarımız, muğamlarımız ətrafında müzakirələr aparılmış, "Sarı Gəlin" xalq mahnısı, Oqtay Rəcəbovun - "cizgi - film operası", Süleyman Ələsgərov -  "Bayatı Şiraz" muğamı, Vaqif Mustafazadə - "Bayatı Şiraz" muğamı caz, "Qalanın dibində bir quş olaydım", "Uzundərə" Azərbaycan xalq rəqsi, Üzeyir Hacıbəyli "O olmasın, bu olsun" operettasında Məşədi İbadın mahnısı şagirdlərlə dinlənilmişdir. Hüseyn Baxışlı milli musiqi alətlərimiz haqqında hazırladığı rəsm nümunəsilə çıxış etmiş, hər bir musiqi aləti haqqında ayrı - ayrılıqda məlumat vermişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi