27 sentyabr Anım Günü

27 sentyabr Azərbaycanın bütünləşməsi, bütövləşməsi günüdür. Xalqımız bu günlə fəxr edir və bundan sonra da fəxr edəcək. 27 sentyabr itirilən torpaqlarımızın geri alınmasının başlanğıc günüdür. İgid övladlarımız bu tarixi gündə öz bayrağı, dövləti, vətənləri uğrunda canlarından keçmək, vətən torpağını öz qanları hesabına azad etmək üçün ayağa qalxdılar. 27 sentyabr 2024 -cü il tarixində məktəbdə 1-ci dərs saatları "Anım Günü"nə həsr olunmuşdur. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. Şagirdlərə qəhrəman oğullarımızın şücaəti, şəhidlərimizin qanı, canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinə şahid olduğu barədə geniş məlumatlar verilmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi