27 sentyabr Anım Günü

27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir. Bununla əlaqədar olaraq 27 sentyabr 2024-cü "Anım Günü" ilə əlaqədar olaraq məktəbin tarix müəllimi G.Hüseynovanın rəhbərliyi ilə 5b sinif şagirdləri ilə dəyirmi masa təşkil olunmuşdur.Tədbirlərin keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsini anmaq, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq, hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, milli-mənəvi dəyərlərimizi qorumaqdan ibarət olmuşdur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi