28 May – Müstəqillik Günü

Tarix və Coğrafiya aylığının yekun tədbiri
27 may 2025-ci il tarixində məktəbdə Tarix və Coğrafiya aylığının yekun tədbiri keçirildi. Tədbirin 28 May – Respublika Günü ilə üst-üstə düşməsi münasibətilə yekun tədbir Respublika Günü ilə birgə qeyd olundu. Tədbiri tarix müəllimi Bədəlova Mənsubə hazırlamışdır. Tədbir zamanı şagirdlər tərəfindən müxtəlif təqdimatlar və çıxışlar səsləndirildi, Respublika Günü ilə bağlı maraqlı məlumatlar paylaşıldı.
Sonda məktəbin direktoru Azər Quliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışdı və iştirakçılara təşəkkürünü bildirərək öz ürək sözlərini paylaşdı.