Növbəti pedaqoji şura iclası

14 may 2025-ci il tarixində məktəbimizin növbəti Pedaqoji Şura iclası keçirildi. İclasda cari tədris ilinə dair vacib məsələlər müzakirə olundu və müvafiq qərarlar qəbul edildi.
Müzakirələr zamanı Bilik və Səriştə Qabiliyyəti (BSQ) qiymətləndirməsinə hazırlıq və onun təşkili məsələlərinə xüsusi diqqət yetirildi. Qərara alındı ki, 5 və 6-cı siniflərdə BSQ-lər rəqəmsal formada, TİMS platforması üzərindən həyata keçirilsin. Həmçinin təmayül siniflərdə kimya və Azərbaycan tarixi fənləri üzrə əlavə BSQ-lərin təşkili qərara alındı.
İclasda məktəbdə keçirilən fənn aylıqlarının əhəmiyyəti və bu tədbirlərin şagirdlərdə fənlərə olan marağın artırılmasında rolu vurğulandı. Əldə olunmuş nəticələr təhlil edildi və bu işdə xüsusi fəallıq göstərən, yaradıcı yanaşma nümayiş etdirən müəllimlərin fəaliyyəti yüksək qiymətləndirildi və təqdir olundu.