FƏXRİMİZ

       16 aprel 1969-cu ildə Qaradağ rayonunun Sahil qəsəbəsində neftçi ailəsində Nazim atanın evində bir körpə dünyaya göz açdı.Qarayanız, şirin, daima gülər üzlü bu oğlan ailəyə bir dünya sevinc bəxş etdi. Raya ana onu oxşaya-oxşaya, sığallaya-sığallaya böyütdü. İllər keçdi. O gülərüz oğlan 253-saylı məktəbin 1-ci sinfinə daxil oldu. Oxuduğu illərdə Gülsüm müəllimənin sevimlisi oldu.

    Yaxşı oxudu əlaçı oldu. İntizamlı, ağıllı bir şagird kimi məktəbdə tanındı. 3 dost idilər. Rövşən, Elxan, Hafiz. Üç qardaş. Üçü də məktəbin ictimai işlərində yaxından iştirak edirdilər. Bütün müəllimlərin hörmətini saxlamağı bacaran bu vətən oğullarını üzlərindən onların gələcəyi haqqında məlumat vermək olardı. Üçü də orta məktəbi müvəffəqiyyətlə qurtardılar. Elxan İsmayılov  Azərbaycan Neft Kimya İnstutunun 1-ci kursuna daxil oldu. Oxudu. Ali təhsil almaq həvəsi ilə oxudu. Böyük arzularla yaşadı. Arzularının çiçəkləndiyi bir vaxtda ölkəmizin üzərini qara buludlar aldı. Vətən Elxanları köməyə çağırdı.” Vətən dardadır!”- çağırısına birinci qoşulan oğul- Elxan İsmayılov. Ali məktəbin 3-cü kursunda oxuyan Elxanın qəlbində vətənə məhəbbət hissi çox güclü idi. Məhz ona görə də “ Vətən dardadır! “  çağırısına 1-ci qoşulan oğulların içərisində Elxanı görməmək olmazdı. 1991-ci il noyabrın 26-27-də ailənin  bütün üzvlərinin təkidinə baxmayaraq sözündən dönmədi. Raya ana onu Quran kitabının altından keçirdi. Könüllülərdən ibarət 1-ci batalyona yazıldı. Xankəndinin 2 kilometrliyində yerləşən Malıbeylinin müdafiəsində vuruşurdu. Yanvarın 17-də Bakıya qayıtdı.Beş gün evdə qaldı.Çox qala bilmədi. Onu vətən çağırdı. O yenidən yanvarın 22-də saat 8-də sevinə-sevinə evdən çıxdı. Şuşa ətrafındakı döyüşlərdə iştirak etdi. 20 nəfər döyüşçü ilə ağır döyüşlərin birində mühasirəyə düşdü. Mərdliklə döyüşdü, mühasirədən çıxdı. Döyüşlərdə yoldaşlarını itirən Elxanı dayandırmaq olmurdu. Qorxaq, yaltaq, bic ermənilərin düz gözlərinin içinə baxıb demişdi –“Qələbə onsuzda bizim olacaq !”. Yanvarın 25-də fərsiz sərkərdənin başabəla Daşaltı əməliyyatına getdi. Yaralı əsgəri xilas edərkən düşmən gülləsinə tuş gəldi. Aprelin 16-da 23 yaşı olacaqdı. Elxan yaddaşlarda həmişəlik cavantək qaldı- bu qorxmaz, mərd, qəhrəman oğul.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi