Böyük summativ qiymətləndirmə

02 iyun 2025-ci il tarixində 8-ci sinif şagirdləri böyük summativ qiymətləndirmədə iştirak etdilər

Cari ilin 2 iyun tarixində ümumtəhsil müəssisələrində 8-ci sinif şagirdləri üçün böyük summativ qiymətləndirmələr elektron formatda təşkil olundu. Bu qiymətləndirmələr şagirdlərin dərs ili ərzində qazandıqları bilik və bacarıqların obyektiv şəkildə yoxlanılması məqsədini daşıyırdı.

Elektron formatın tətbiqi qiymətləndirmə prosesinin daha şəffaf və effektiv həyata keçirilməsinə imkan yaratdı. Şagirdlər təyin olunmuş vaxt çərçivəsində kompüter vasitəsilə tapşırıqları yerinə yetirdilər.Məktəb rəhbərlikləri və müəllimlər qiymətləndirmə prosesinin təşkilində və şagirdlərin texnoloji imkanlardan düzgün istifadə etməsində yaxından iştirak etdilər. Şagirdlərə əvvəlcədən elektron platformadan istifadə qaydaları izah edilmişdi ki, bu da prosesin problemsiz və rahat şəkildə keçməsinə şərait yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi