Növbədənkənar Pedaqoji Şura

Növbədənkənar Pedaqoji Şura iclası keçirildi

İclasda əsas müzakirə mövzusu “Son zəng” tədbirinin təşkil olunması qaydaları oldu. Qeyd olundu ki, tədbir zamanı şarların və fişənglərin istifadəsi qəti şəkildə qadağandır.

Bu il üçün məktəblərin fərqli geyim formalarında çıxış etməsinə əvvəlcədən hazırlıq aparıldığı üçün istisna hal kimi icazə verilir. Lakin növbəti illərdən etibarən yalnız məktəbli formasında iştirakın məcburi olduğu bildirildi.

Bununla yanaşı, müəllimlərin etik davranış prinsiplərinə daha ciddi şəkildə riayət etmələrinin vacibliyi vurğulandı.

İclasda həmçinin aşağıdakı məsələlər də müzakirə olundu və müvafiq qərarlar qəbul edildi:

Məktəbdə fəaliyyət göstərən dərnəklərin fəaliyyəti,

IX sinif buraxılış imtahan fənləri üzrə nəticələrin statistik təhlili,

Digər aktual və prioritet məsələlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi