"Zəfər" məktəblilərarası I tarix olimpiadasıBakı şəhəri üzrə ilk dəfə keçirilən “Zəfər” məktəblilərarası I tarix olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, qalib məktəblərin şagirdləri iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən BŞTİ-nin müdiri M.Vəliyeva müsabiqədə qalib gəlmiş şagirdləri qazandıqları uğura görə təbrik edib. Bildirib ki, adında Zəfər olan bir müsabiqədə qalib gəlmək hər bir şagird üçün böyük bir qürur və fəxarətdir. M.Vəliyeva qeyd edib ki, hər bir insanda vətənpərvərlik ruhu, Vətənə sevgi, ilk növbədə, məktəbdə yaranır və formalaşır. Xalqımızın böyük qələbəsində Azərbaycan təhsil işçilərinin böyük əməyi olduğunu söyləyən İdarə müdiri bildirib ki, Vətən Müharibəsi başlayan gündən təhsil işçiləri də könüllü olaraq döyüşə qatılıblar. Şanlı qələbənin qazanılmasına onlar da öz töhfələrini veriblər. Daha sonra şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər söylənib, mahnılar səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Rəsmi hissədən sonra olimpiadanın yekununda qalib şagirdlərdən ibarət komandalar arasında “Kim? Nə? Harada?” intellektual oyunu təşkil olunub. Oyunda ilk 3 yerə layiq görülən komanda diplomla təltif edilib.
Amerika Riyaziyyat Olimpiadası-Gümüş medalBinəqədi rayonu 248 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Əli Şərifzadə Amerika Riyaziyyat Olimpiadasında iştirak etmiş və gümüş medalla təltif olunmuşdur.
Kikboksinq üzrə "Xocalı kuboku -5"10c sinif şagirdi Aslanlı Şükür 26 fevral - "XOCALI SOYQIRIMI" şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq üzrə "Xocalı kuboku - 5" açıq turnirində 47kq çəki dərəcəsində 16 yaş qrupunda I yeri tutduğuna görə diplomla təltif olunmuşdur.