HAQQIMIZDA

248 nömrəli tam orta məktəb 1969-cu ildən istifadəyə verilib. Məktəb Nizami Nərimanovun adını daşıyır. Fəaliyyət göstərdiyi müddət ərzində məktəbimiz gənc nəslin gələcəyə uğurlu addımlar atmasında böyük rol oynamışdır. Məktəbdə 42 sinif otağı, biologiya, fizika, kimya və 2 İnformatika kabineti fəaliyyət göstərir. Məktəb 1050 yerlikdir. Məktəbdə 1 akt zalı, 1 idman zalı,1 bufet,1 kitabxana,1 tibb otağı şagirdlərə xidmət göstərir. Məktəb Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2013-ci ildə əsaslı təmir edilmişdir və cənab Prezidentimiz İlham Əliyev məktəbin açılışında iştirak etmişdir. Hal-hazırda məktəbdə 1247 nəfər şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 97 nəfər müəllim məşğul olur. Müəllimlərdən 93 nəfər müəllim ali təhsilli,4 nəfər isə orta ixtisas təhsillidir. Tədris iki dildə- Azərbaycan və rus dillərində aparılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi