FƏXRİMİZ

Şəhid Nərimanov Nizami Nəriman oğlu 1967-ci il fevralin 24-de Baki şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1973-cu ildə Binəqədi rayonunun 248 sayli orta məktəbinin 1-ci sinfinə getmis, 1983-cu ilde orta məktəbi bitirmişdir. Həmin il D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun “mühasibat-uçotu” fakultəsinin axsam söbəsinə daxil olmuşdur.Təhsil almaqla bərabər Senaye Tikinti bankında əmək fəaliyyətinə başlamışdır. 1985-ci ilde Sovet Ordu siralarina çağrılmış və hərbi xidmətini Ukraynanın “Belo-Serkov” şəhərində piyada ordusunun snayperçi vəzifəsində keçirmişdir.

Həmin ildə Ukraynanin “Krasnaya zvezda” qəzetində nümunəvi snayperçi kimi fotoşəkli verilmişdir. 1987-ci ilde Sovet Ordusunda hərbi xidmətini qurtardıqdan sonra ali təhsilini davam etdirməklə yanaşi Azərbaycan Respublikasi Mənzil Sosial bankinda maliyələşdirmə şöbəsində iqtisadçı vəzifəsində çalışmışdır. 1990-ci ildə Nizami Nərimanov ali təhsilini bitirdikdən sonra ata-baba yurdu Ağdama gedir və Ağdam rayon Dövlət Sosial Müdafiə fondunda müdir vəzifəsində çalışır.

Artıq bu illər Vətənin üstünü qara buludlar almağa başlayır. O, 1992-ci il iyulun 20-dən könüllü olaraq əfsanəvi qəhrəman, Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin batalyonuna yazılaraq “N” sayli hərbi hissədə döyüşür.Döyüşlərdə mahir snayperçi kimi tanınır. Döyüşdüyü az bir muddət ərzində tağım konandiri təyin olunur. O Abdal-Gulablı, Naxcivanik, Selli, Qaraqaya ve başqa mövqelər uğrunda gedən qanlı döyüşlərdə qəhrəmanlıq göstərərək düşmənin bir BMP-sini, KAMAZ markalı avtomaşınını sıradan çıxararaq düşmənin təcili yardim maşınını ələ keçirir ve yaralı dostlarını xilas edir. Bu haqda 15.11.1992-ci il tarixli 864 N-li xasiyyətnamə-təqdimatda A.Məhərrəmov bele göstərir: “Ağdamın Gulablı kəndinə erməni quldurlarının hücumundan sonra komandanlığın əmrinə əsasən Gulablı ətrafinda qalan yaralı və həlak olmuş əsgərlərimizi gətirmək lazim idi. Bu əməliyyatda Nizami bölmə komandiri idi və onun bölməsi ermənilərin istirahətdə olan bölməsinə qəflətən hücum edərək onlari məhv etdi. Bundan sonra Nizamigil ermənilərin təcili-tibbi yardim maşinini ələ keçirib 3 nəfər əsgərimizi gətirə bilmişdir. Sükan arxasinda Nizami özü olmuşdur. Erməni quldurları Bağbanlar kəndinə qədər onu təqib edərək haqlamağa çalışmışlar, hətta maşını atəşə tutaraq onu bir neçə yerdən deşmişlər. Lakin ermənilərin niyyətləri baş tutmamışdır. Naxçivanik kəndində qalan əsgərlərimizin də gətirilməsində də Nizaminin iştirakı olmuşdur. Bu əməliyyat zamani Nizami və yoldaşları döyüş meydanında bir aydan artıq qalmış olan 16 yaşlı oğlanın cənazəsini düşmən güllələri altinda sürüyərək gətirib valideyinlərinə təhvil vermişdilər.”

28 oktyabr 1992-ci il tarixdə hərbi hissənin erməni quldurlarına qarşı apardığı Qara-Qaya əməliyyatında istirak edən Nizami Nərimanov 8 erməni quldurunu qətlə yetirmiş və öz yoldaşlarını xilas etmək istəyərkən qəhrəmancasına həlak olmuşdur.

Naxcivanik yaxınlığındakı 587 metr yüksəklikdə olan Qara-Qayadakı atəş nöqtəsinin susdurulmasının böyük əhəmiyyəti var idi. Həmin yüksəklikdən Ağdam şəhəri dəfələrlə raket atəşinə tutulmuşdu. Şəhərdə onlarla yaşayış binasi, sənaye müəssisəsinin darmadağın edilməsi həmin atəş nöqtəsindən atıılan mərmilər nəticəsində olurdu.

Şəhər top atəşinə tutulan zaman Nizami həmişə kimsəsizlərin, körpə uşaqlı ailələrin köməyinə çataraq öz şəxsi maşınında onların şəhərdən çixarılmasına köməklik göstərirdi.

Cəsur Nizami Nərimanovun zərbə dəstəsi həmin təpədəki atəş nöqtəsini məhv etmək haqqındakı tapşırığı şərəflə yerinə yetirir. Döyüş dostu Ucarlı Ramiz ağır yaralanarkən Nizami onu xilas etmək üçün geriyə qayidir ve quldur snayperçinin sərrast atəşi nəticəsində qarın nahiyyəsindən ve sinəsindən aldiğı ağır yaralardan həlak olur.Onun nəşi 3 gün quldurların atəş mövqelərinin yaxınlığında qalmışdır.

Aparılan əməliyyat nəticəsində Nizaminin ve onun 3 cəsur dostunun nəşi Ağdama getirilmiş, noyabrin 2-də isə Nizami Nərimanov Baki şəhərindəki “Şəhidlər xiyabanında” dəfn edilmişdir.

Xalq Deputatları Sovetinin 13 dekabr 1993-cu il tarixli 21/205N-li qərarı ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 mart 2005-ci il tarixli 39 N-li Respublikasının Təhsil müəssisələrinə ad verilməsi haqda qərarı ilə Binəqədi rayonu 248 saylı məktəbə Qarabağ şəhidi Nizami Nərimanovun adı verilmişdir və 8-ci mikrorayondakı 23-13N-li binalarin tininə qədər olan adsız küçəyə onun adı verilərək küçə Nizami Nərimanov küçəsi adlandırılmışdır.

Ulu Öndərimiz Heydər Əliyevin Baki şəhəri, 16 sentyabr 1994-cü il tarixli 202N-li “Erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş döyüş tapşırıqları yerinə yetirərkən xüsusilə fərqlənmiş hərbi qulluqçuların “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında fərmanı ilə kiçik çavuş Nərimanov Nizami Nəriman oğlu ölümündən sonra “Hərbi xidmətlərə görə ” medalı ilə təltif edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi