Alməmmədli ƏliBakı şəhəri Binəqədi rayonu N.Nərimanov adına 248 nömrəli tam orta məktəbin 10C sinif şagirdi Əli Alməmmədli 2024-cü ilin mart ayında SASMO-da ( Sinqapur və Asiya Ölkələri Riyaziyyat Olimpiadası ) iştirak etmiş və gümüş medala layiq görülmüşdür.
08.09.2024-cü il tarixində isə SASMO-nun mükafatlandırma mərasimində təltif edilmişdir.
Kərimli RamalBakı şəhəri Binəqədi rayonu N.Nərimanov adına 248 nömrəli tam orta məktəbin 9B sinif şagirdi Kərimli Ramal Robotexnika üzrə Azərbaycan milli komandasının Hindistanın Yeni Dehli şəhərində gənclər və yeniyetmələr arasında keçirilən "Technoxian-2024" dünya robot çempionatının finalında ən yüksək nəticəni göstərərək dünya çempionatı oldu.
Ümumilikdə 8 komanda ilə mübarizə aparan milli komandamız "RC Craft" kateqoriyası üzrə 1 qızıl, "FPV Drone" və "Drone Soccer" kateqoriyaları üzrə isə 2 bürünc medalın sahibi oldu.
Ümumi ölkə sıralamasına görə Azərbaycan ən yüksək nəticə ilə dünya miqyasında I yeri tutub. Kərimli Ramal isə komanda yoldaşları ilə birlikdə dünya üçüncüsü oldular.
İsmayıllı YavuzBakı şəhəri Binəqədi rayonu N.Nərimanov adına 248 nömrəli tam orta məktəbin 9C sinif şagirdi İsmayıllı Yavuz Kimya üzrə Respublika Fənn Olimpiadasında (RFO) iştirak etmiş, III yer tutaraq bürünc medalla təltif olunmuşdur.