Çələbiyev NərimanBakı şəhəri Binəqədi rayonu Nizami Nərimanov adına 248 nömrəli tam orta məktəbin 3B sinif şagirdi Çələbiyev Nəriman Oruc oğlu Sinqapur və Asiya məktəbləri arasında keçirilən SASMO riyaziyyat olimpiadasında birinci yer qazanaraq qızıl medal və diplomla təltif edilmişdir.
Ağayev CavanşirBakı şəhəri Binəqədi rayonu N.Nərimanov adına 248 nömrəli tam orta məktəbin məzunu olmuş Ağayev Cavanşir Ramin oğlu "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində xaricdə bakalavriat/magistratura təhsil səviyyəsi üzrə təhsil almaq üçün müraciət etmişdir. Dövlət Proqramı çərçivəsində namizədliyi müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq dəyərləndirilmiş və namizədliyi müsbət dəyərləndirilmişdir.
Ağayev Cavanşir Dövlət Proqramı ilə BİLKENT UNİVERSİTETİNDƏ Kompüter Mühəndisliyi ixtisasına qəbul olunmuşdur.
Alməmmədli ƏliBakı şəhəri Binəqədi rayonu N.Nərimanov adına 248 nömrəli tam orta məktəbin 10C sinif şagirdi Əli Alməmmədli 2024-cü ilin mart ayında SASMO-da ( Sinqapur və Asiya Ölkələri Riyaziyyat Olimpiadası ) iştirak etmiş və gümüş medala layiq görülmüşdür.
08.09.2024-cü il tarixində isə SASMO-nun mükafatlandırma mərasimində təltif edilmişdir.