Nailiyyətlərimiz

Kikboksinq üzrə "Xocalı kuboku -5"10c sinif şagirdi Aslanlı Şükür 26 fevral - "XOCALI SOYQIRIMI" şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq üzrə "Xocalı kuboku - 5" açıq turnirində 47kq çəki dərəcəsində 16 yaş qrupunda I yeri tutduğuna görə diplomla təltif olunmuşdur.

Dünya Akvarel Günü248 nömrəli tam orta məktəbin 5D sinif şagirdi Kərimzadə Məlahət Dünya Akvarel Günü və IWS Globe Art Network Beynəlxalq Akvarel Cəmiyyətinin 11 illiyi münasibətilə akvarel vorkşopunda uşaq kateqoriyasında iştirakına görə həvəsləndirici sertifikata layiq görülmüşdür.

"Qarabağı tanıt" mövzusunda təqdimat müsabiqəsiBakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Qarabağı tanıt” mövzusunda təqdimat müsabiqəsi keçirilmişdir. Müsabiqədə məktəbimizin şagirdi böyük həvəs və maraqla iştirak etmiş, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iştirakçı sertifikatına layiq görülmüşdür. Şagirdimizi və ona dəstək göstərən məktəb rəhbərini, təlim-tərbiyə işləri üzrə direktor müavinini, sinif rəhbərini, dil və ədəbiyyat müəllimini, ən əsası da tarix müəllimini təbrik edir, növbəti müsabiqələrdə uğurlar arzu edirik.

HAQQIMIZDA

248 nömrəli tam orta məktəb 1969-cu ildən istifadəyə verilib. Məktəb Nizami Nərimanovun adını daşıyır. Fəaliyyət göstərdiyi müddət ərzində məktəbimiz gənc nəslin gələcəyə uğurlu addımlar atmasında böyük rol oynamışdır. ...

BİZİM FƏXRLƏRİMİZ

Aynur Qədirova Rasim

İftixar Quliyev Zaur

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi