Milli İncəsənət Muzeyinə ekskursiya
Bu gün məktəbimizin müəllimi Əliyeva Bahar müəllimənin təşkilatçılığı və IV ”A” sinif şagirdlərinin iştirakı ilə Milli İncəsənət Muzeyinə ekskursiya təşkil olunub.
Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaqdan ibarətdir.