18 Oktyabr Milli Müstəqilliyimizin Bərpası Günü
18 Oktyabr Milli Müstəqilliyimizin Bərpası Gününə həsr olunmuş konfrans təşkil olundu. İki hissədən ibarət olan konfrans lX-Xl sinif şagirdlərinin Dövlət Himnini səsləndirməsi və Vətənimiz naminə şəhid olmuş igidlərimizin xatırəsini anmaqla başladı. Tarix müəllimi Günay Allahverdiyeva müstəqillik tariximiz haqda məruzə ilə çıxış etdi. Tarixi faktları videoçarxlarla təqdim etdi. Konfransın ikinci hissəsində şagirdlərin ifasında vətənpərvər ifalar təqdim edildi. Sonda məktəbin direktoru çıxış etdi. Tədbir iştirakçılarını tarixi gün münasibətilə təbrik etdi, Vətəni sevməyi, qorumağı, tariximizi bilməyi, vətənpərvər olmağı tövsiyə etdi.