Məktəbdaxili monitorinq keçirildi
lX sinif şagirdlərinin buraxılış imtahan fənləri üzrə bilik səviyyəsinin müəyyənləşdirilməsi üçün məktəbdaxili monitorinq keçirildi. İşçi qrupu tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə görə zəif və yaxşı şagirdlər müəyyənləşdiriləcəkdir. Hər iki qrup şagirdlərlə müvafiq fənlərdən təlim nailiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyət təşkil ediləcəkdir. Məqsəd şagirdlərin buraxılış imtahanında yüksək nəticə göstərmələrini təmin etməkdir.