Biz Sizə borcluyuq, Şəhidlərimiz!

44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman Süleyman Qarayevin xatirəsini xanımı Şəlalə Qarayevanın rəhbərlik etdiyi V “B” sinfində canlandırdıq. Bu sinif artıq şəhid Süleyman Qarayevin adını daşıyacaq. Şəhidin ailə üzvləri: atası Əlbağış Qarayev, anası Təranə Qarayeva, iki oğul övladı və döyüş yoldaşları: Zaman Muradov, Şahin Qurbanlı məktəbimizdə oldular. Şəhid haqqında xatirələrini beşincilərlə paylaşdılar. Şagirdlərin vətənpərvər çıxışını dinlədilər. Şəhid Süleyman Qarayevin böyük övladı Əkbər Qarayev də atasının xatirəsinə şeir səsləndirdi. Görüş və şəhidin adını daşıyacaq sinif otağının açılış tədbirində hüzn və qürur hissləri bir-birinə qarışmışdı.

Qəhrəman şəhidlərimiz Vətən səmalarından bizi görür, uğrunda canlarını fəda etdikləri azadlığımız və igid balalarımızla öyünürlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi