“Ulu vətənimizin tarixinə səyahət”

14 aprel 2016-cı il tarixdə “Ulu vətənimizin tarixinə sayahət” mövzusunda 95№li məktəbin "Qarabağ” və məktəbimizin “Mübariz” komandası arasında viktorina keçirildi. Məqsəd böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi,məhəbbət hisslərinin aşılamaq,onlar arasında milli vətənpərvərlik ruhunu təbliğ etmək,məktəblər arasında dostluq,birlik yaratmaq idi. Viktorinanı giriş sözü ilə açan məktəbin direktoru A.F.Bayramova 1-6 aprel tarixlərində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatının qarşısını alan Azərbaycan oğullarının hünərindən danışdı və qeyd etdi ki, ordumuzun düşmənə layiqli cavabı ölkəmizin gücünü,qüdrətini dünyaya bir daha sübut etdı.Haqq savaşında şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçularının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra komandalar arasında gərgin və maraqlı yarış başladı. Hər iki komanda vətənimizin tarixi, bu günü haqqında maraqlı sualları təyin olunmuş vaxt müddətində dolğun cavablandıraraq qalib oldular və diplomlarla təltif olundular. Qalibləri təbrik edən məktəbin direktoru A.F.Bayramova şagirdlərə bir daha vətənimizin tarixini dərindən öyrənməyi, zaman-zaman başımıza gətirilən faciələri unutmamağı, düşmənə qarşı mübariz olmağı tövsiyyə etdi, vətənimizi qorumağın hər kəsin müqəddəs borcu olduğunu söylədi. İştirakçılar xoş təəsuratlarını xatirə şəklində əbədiləşdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi