IX sinfin valideynləri ilə görüş

28.11.2019-cu il tarixdə məktəb-liseyin IX siniflərində təhsil alan şagirdlərin valideynləri ilə görüş keçirildi. Görüşdə məktəb-liseyin direktoru Nəbi Mahmudov 2019-2020-ci tədris ilinin əvvəlindən IX sinif şagirdlərinin bilik və bacarıqlarının müəyyənlişdirilməsi, inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışdı. O. 16.10.2019-cu il tarixdə keçirilmiş Diaqnostik Qiymətləndirmənin, KSQ-lərin və monitorinqin nəticələri barədə ətraflı məlumat verdi, onların müqayisəli təhlilini valideynlərin diqqətinə çatdırdı. lX siniflərdə təlimin keyfiyyətinin artırılması məqsədilə dərsdənkənar məşğələlərin keçirildiyini söylədi.
Tərbiyə işləri üzrə direktor müavini, məktəb  psixoloqu,UBR  çıxışlarında məktəb-valideyn münasibətlərinə toxundular, məktəbdə sağlam, işgüzar mühitin olmasında valideynlərin rolunu önə çəkdilər.  İnsanların bir-biri ilə münasibətində  müşahidə olunan təzyiq və aqressiv davranışlar, bullinqin növləri, sosial şəbəkələrin, internet oyunlarının fəsadları valideynlərin diqqətinə çatdırıldı. Şagirdlərin bu cür hallarla qarşılaşmaması üçün valideynlərə daha diqqətli olmaları tövsiyə olundu. Görüşdə həmçinin şagirdlərin dərsə  davamiyyətinə də toxunuldu.

Sonda valideynlərlə anket sorğu keçirildi. Valideynlər təlim nəticələrinin artırılması və inkişaf etdirilməsi istiqamətində rəy, təklif və iradlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi