“Qaraca qız” hekayəsinin müzakirəsi keçirildi

27.11.2019-cu il tarixdə Azərbaycan dili və Ədəbiyyat fənn aylığı çərçivəsində məktəb-liseydə 8 b sinif şagirdləri ilə XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında və inkişafında böyük xidməti olan görkəmli yazıçı S.S.Axundovun “Qorxulu nağıllar” silsiləsinə daxil olan “Qaraca qız” hekayəsinin müzakirəsi keçirildi. İlk öncə Azərbaycan dili və ədəbiyyat müəllimi Çiçək Həmidova S.S.Axundovun həyat və yaradıcılıq yolu, onun böyük sənətkarlıqla qələmə aldığı əsərləri uşaqlara xeyirxahlıq, düzlük, mərdlik kimi müsbət keyfiyyətlərin aşılanması, onları doğru yola istiqamətləndirilməsi haqqında ətraflı məlumat verərək qeyd etdi ki, yazıçının bildirdiyi kimi bu hekayə oxuculara həyat həqiqətlərini açır, xeyirxahlığın təntənəsini əks etdirir.

Sonda şagirdlər belə nəticəyə gəldilər ki, “Qaraca qız” hekayəsinin oxucular tərəfindən sevilməsinin səbəbi uşaqların mənəvi dünyası, həyatı, insanlığı sevmək və qiymətləndirməyi bacarmaq qabiliyyətini bu əsərdə daha mənalı verilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi