Açıq dərs dinlənildi

26.11.2019-cu il tarixdə Azərbaycan dili və ədəbiyyat fənn aylığı çərçivəsində məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Emilya Dəmirçiyevanın Mirzə İbrahimovun “Azad” hekayəsi mövzusunda açıq dərsi dinlənildi. Dərsin icmalına uyğun olaraq dərs fəal dərsin mərhələləri üzrə keçirildi. şagirdlər qruplara ayrıldı, onlara işçi vərəqləri paylandı. Şagirdlər qrup işində klaster üsulundan istifadə etdilər, Fərdi və cütlərlə işdə müstəqil fikirlərini bildirərək əsərin ideyasının müstəmləkə şəraitində yaşayan soydaşlarımızın milli azadlığa nail olunması, Azərbaycanın birləşmə arzusunun əks olunmasını xüsusi vurğuladılar.

Sonda ev tapşırığı və qiymətləndirmə aparıldı. Dərs məktəb rəhbərliyi tərəfindən müzakirə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi