Şağlamlığa təhlükə yaradan amillər

27.11.2019-cu il tarixdə məktəb-liseyin 6 "e" sinif şagirdləri məktəb-liseyin psixoloqu Sədaqət İsmayılova ilə birgə "Dəyirmi masa"da sağlamlığımıza təhlükə yaradan qlobal amilləri araşdırıblar. İnsan sağlamlığına müsbət təsir edən faktorlar - düzgün quruılmuş gün rejimi, qidalanma, fiziki aktivlik, gigiyenik qaydalara riayət etmək, internetdən düzgün istifadə, ətraf mühitin təmizliyi, parta arxasında düzgün oturmaq, insanlarla xoş ünsiyyət şagirdlərin araşdırmalarında öz əksini tapmışdı. Şagirdlər həmçinin zərərli vərdişlərin insan orqanizmində yaratdığı fəsadları da təqdimatlarında önə çəkdilər, Çəkdikləri rəsmlərdə sağlam yaşamaq haqlarının müdafiəsində mübariz olduqlarını göstərdilər.

Sonra şagirdlər sağlamlığımıza təhlükə yaradan amilləri  məktəb yoldaşları ilə paylaşmaq üçün hazırladıqları  plakatları  foyedə sərgilədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi