Şagirdlər məktəb kitabxanasında oldular

İnsanın şəxsiyyət olaraq formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir. Şagirdlərdə oxu və mütaliə vərdişlərini formalaşdırmaq, bədii əsərlərə maraq oyatmaq  məqsədi ilə mütəmadi olaraq  məktəb-liseyin kitabxanasında bədii əsərlərin müzakirəsi keçirilir, şagirdlər kitabxana fondu ilə yaxından tanış olurlar .

Noyabrın 25-də 5ç sinif şagirdləri də məktəb-liseyin kitabxanasında olublar. Onlar kitab fondu və kitabxanadan istifadə qaydaları ilə tanış oldular. Kitabxanada şagirdlərin diqqətini daha çox ensiklopedik nəşrlər çəkdi. Ensiklopediyalarda yazılan maraqlı məlumatlarla tanış olan şagirdlər  öyrəndiklərini bir-biri ilə bölüşdülər.

Kitabxanadan xoş təəsuratla ayrılan şagirdlər mütaliə etmək üçün maraqlı kitablar da götürdülər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi