Pedaqoji Şuranın iclası keçirildi

20.11.2019-cu il tarixdə məktəb-liseydə Pedaqoji Şura iclası keçirildi. İclasda ilk öncə 20 noyabr 1991-ci ildə erməni terrorçuları tərəfindən qətlə yetirilmiş dövlət və hökumət xadimlərinin xatirəsi 1dəqiqəlik sükutla yad olundu. Sonra pedaqoji şuranın gündəliyində duran məsələlər müzakirə olundu.  
Gündəliyin birinci məsələsi ilə bağlı məktəb-liseyin direktoru Nəbi Mahmudov çıxış etdi. O, Fəaliyyət Planına uyğun olaraq lV siniflərdə təhsil alan şagirdlərin ana dili, riyaziyyat və ingilis dili fənlərindən oxuyub-anlama və tətbiqetmə bacarıqlarının qiymətləndirilməsi ilə bağlı dərs ilinin əvvəlində aparılmış diaqnostik, 16 noyabr 2019-cu il tarixədək keçirilmiş kiçik summariv qiymətləndirmələrin və monitorinqin nəticələri barədə ətraflı məlumat verdi, onların nəticələrinin müqayisəli təhlilini verdi, inkişaf dinamikasını göstərdi. 

Gündəliyin ikinci məsələsi “Müəllimlərin etik davranış qaydaları” barəsində məktəb-liseyin psixoloqu Sədaqət İsmayılova danışdı. O, müəllim-şagird, müəllim-valideyn münasibətlərindən bəhs edərək bu qaydaların tətbiqində əsas məqsəd məktəbdə sağlam, işgüzar durumun bərqərar olmasından, valideynlərin məktəb-liseyə, müəllimlərə etimadının artırılmasından ibarət olduğunu və hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borclu olduğunu qeyd etdi. Sədaqət İsmayılova “bullinq” məsələsinə toxunaraq onun zərərlərindən və ona qarşı mübarizədən danışdı və müəllimlərin şagirdlərə qarşı daha diqqətli yanaşmağı tövsiyə etdi. 
Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Bilqeyis Sadıqova gündəliyin növbəti məsələsi – Olimpiadanın məktəb turunun nəticələrini açıqladı, dərnəklərin, lX siniflərdə təlimin keyfiyyətinin artırılması məqsədilə dərsdənkənar məşğələlərin keçirilməsi barədə məlumat verdi. 
Məktəb-liseyin tərbiyə işləri üzrə direktor müavini Fatma Əliyeva gündəlikdə duran məsələlərdən biri  lX-Xl siniflərdə şagirdlərin davamiyyətinin gücləndirilməsi ilə bağlı sinif rəhbərlərinə öz tövsiyələrini verdi. 
Təlim-tərbiyə işləri üzrə direktor müavini Nazilə  Qasımova gündəlik duran sonuncu məsələ - evdə təhsil və fərdi təhsil qruplarında məşğələlərin keçirilməsi vəziyyəti haqqında məlumat verdi.  
Sonda məktəb-liseyin ictimai işlərində fəal iştirak edən müəllimlər Fəxri Fərmanla təltif olundular. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi