Kosmik məkanın fəthi

Aprelin 12-da Beynəlxalq Kosmonavtika günü haqqında biliklərini daha da təkmilləşdirmək,kosmik sahəyə marağın artırılması məqsədilə fizika müəllimləri Beynəlxalq Kosmonavtika günü ilə əlaqədar “Kosmik məkanın fəthi” adlı dəyirmi masa keçirdi. “Dünya tarixinə kosmosun fəthi günü kimi daxil olan 12 aprel - bu tarixi qeyd etməyə bizim daha çox haqqımız çatır”söyləyən fizika müəllimi S. Quliyeva şagirdlərə kosmosun tədqiqində ictimaiyyətə az bəlli olan faktlar barədə ətraflı məlumat verdi, böyük fəxrlə Azərbaycan kosmonavtikası,keçmiş SSRİ-də kosmik elmlərin yaradılmasında böyük əməyi olan azərbaycanlı mütəxəssislər haqqında danışdı .Şagirdlər bugünkü yüksək texnologiyalar dövründə kosmonavtika sahəsində ölkəmizin elmi potensialından,1974-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində ölkəmizdə aviasiya və kosmonavtika proqramlarına cavab verən “Xəzər” Elmi Mərkəzinin yaradılmasından, bu mərkəzin tədricən genişlənərək 1980-ci ildə Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinə (KTEİB) çevrildiyindən, KTEİB-in məhz Azərbaycanda qurulmasında ümummilli lider H.Əliyevin rolundan ətraflı danışdılar. Dəyirmi masada məktəblilərin rəngarəng çıxışları, hazırladıqları slaydlar, şeirlər marağa səbəb oldu.Şagirdlər Beynəlxalq Kosmonavtika günü haqqında biliklərini obrazlaşdırılmış şəkildə təsvir edərək məktəbin foyesində ”Planetlərin paradı” kompozisiyasını hazırladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi