“Konstitusiya Günü”

12.11.2019-cu il tarixdə məktəb-liseydə “Konstitusiya Günü” münasibətilə məktəb-lisey rəhbərliyi, müəllim və Vlll sinif şagirdlərinin iştirakı ilə təqdimat keçirildi. Əvvəlcə şagirdlər 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunması və bu istiqamətdə Ümummili lider Heydər Əliyevin müstəsna xidmətlərindən və Konstitusiyanın tarixi əhəmiyyəti haqqında geniş məlumat verdilər. Sonra şagirdlər konstitusiyanın bəzi maddələrini söyləyərək vətəndaşların hansı hüquqlara malik olmasını və bu ali, yüksək hüquqi sənədin cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyən etdiyini xüsusi vurğuladılar.

Sonda şagirdlər vətənpərvərlik mövzusunda mahnılar ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi