9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş musiqili, ədəbi-bədii gecə keçirildi

08.11.2019-cu il tarixdə məktəb-liseydə "9 Noyabr – Dövlət Bayrağı Günü"nə həsr olunmuş musiqili, ədəbi-bədii tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Elnur Məmmədov, məktəb rəhbərliyi, şagirdlər, valideynlər iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu. Tədbirdə şagirdlər Üçrəngli bayrağımızın tarixi, rənglərinin mənası haqqında məlumat verdilər, Vətən, Bayraq haqqında şeirlər söylədilər, milli rəqslərimizdən nümunələr nümayiş etdirdilər, mahnılar ifa etdilər.

Sonra məktəb-liseyin direktoru Nəbi Mahmudov çıxış edərək Ümummilli lider Heydər Əliyevin “Bayrağı sevmək, onu uca tutmaq hər bir vətəndaşın borcudur” sözlərini xatırlatdı, dövlətin müqəddəs rəmzlərindən olan bayrağımızın Cocuq Mərcanlıda, Lələ Təpə də dalğalandığı kimi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Qarabağda dalğalanacagini qeyd etdi və bu tədbirdə zəhməti olan Azərbaycan dili və ədəbiyyat müəllimi Mehriban Məmmədovaya təşəkkürünü bildirdi. Məktəb-liseyin direktoru Nəbi Mahmudov sözü Binəqədi rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Elnur Məmmədova verdi. Elnur Məmmədov dövlətimizin atributlarından biri olan Dövlət Bayrağının müstəqilliyin, dövlətçiliyin və dövlət quruculuğunun rəmzi hesab olunmasından, Bakıda Dövlət Bayrağı Meydanının açılmasından söz açdı və Dövlət Bayrağı Günü münasibətilə tədbir  iştirakçılarını təbrik edərək xoş arzularını çatdırdı.

 Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi