9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə "Dəyirmi masa" keçirildi

         08.11.2019-cu il tarixdə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan dili və ədəbiyyat müəllimi Səmayə Əlizadə "Dəyirmi masa" keçirdi. "Dəyirmi masa" ilk olaraq Azərbaycan Respublikasının Himni səsləndirildi. Azərbaycan dili və ədəbiyyat müəllimi Səmayə Əlizadə bayrağın dövlətin tarixində və dövlət quruculuğunda mühüm rol oynadığını qeyd etdi. Daha sonra şagirdlər Üçrəngli bayrağımızla bağlı videoçarx izlədilər. Üçrəngli bayrağı poeziyada ilk dəfə tərənnüm edən, Azərbaycan İstiqlal ədəbiyyatının nəğməkarı adlandırılan görkəmli şairimiz Əhməd Cavadın “Azərbaycan bayrağına” şeiri müzakirə olundu. "Dəyirmi masa"da səslənən şeirdə şairin bir vətəndaş- şair olaraq dövlət müstəqilliyinə, xalqına, vətəninin müstəqillik simvoluna bəslədiyi sonsuz məhəbbəti əks olunduğu qənaətinə gəlindi. Şagirdlər şeirlə bağlı fikirlərini nümunələr gətirməklə əsaslandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi