“Nəsimi yaradıcılığında kamil insan problemi” mövzusunda “dəyirmi masa”

05.11.2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2019- cu il “Nəsimi ili” elan olunması münasibətilə məktəb-liseyin kitabxanasında Vlll sinif şagirdləri ilə “Nəsimi yaradıcılığında kamil insan problemi” mövzusunda “dəyirmi masa” keçirildi. Giriş sözü ilə başlayan məktəb-liseyin kitabxana müdiri Afət Alıyeva bu ilin “Nəsimi ili” elan olunması idahi şairin irsinin dünya miqyasında öyrənilməsi və tanıdılması istiqamətində böyük əhəmiyyətə malik olduğunu qeyd etdi. Sonra Azərbaycan dili və ədəbiyyat müəllimi Sədaqət Mədətova tərəfindən “Səni bu hüsnü cəmal ilə, bu kəmal ilə görüb, qorxdular haqq deməyə döndülər insan dedilər” deyərək insana yüksək dəyər verən, kainatın ən şərəfli varlığı insan olduğunu Qurani-Kərimin ayələrinə istinad edərək dönə-dönə bədii sözün möhtəşəmliyi ilə əks etdirən Nəsiminin yaşayıb yaratdığı dövrün ictimai-siyasi, ədəbi xüsusiyyətləri, hürufilik təriqətinin mahiyyəti və bu təlimin sirlərinin Nəsimi yaradıcılığında bədii şəkildə əks olunması, Nəsimi lirikasinda kamil insan və ilahi eşq mövzusu geniş şəkildə izah olundu.

Sonda şagirdlər Nəsiminin qəzəllərini söyləyərək onların izahını verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi