Valideynlərlə görüş
02.11.2019-cu il tarixdə məktəb-liseydə təhsilalanların valideyinlərinin ümumməktəb-lisey valideyn iclası keçirilmişdir. Görüşdə məktəb-valideyn-şagird münasibətləri, məktəb-liseydaxili nizam-intizam qaydaları, şagirdlərin dərslərə davamiyyəti və s. məsələlər ətraflı müzakirə olundu. Məktəb-lisey rəhbərliyi valideynləri maraqlandıran suallar cavablandırdı.