Bullinqin profilaktikası

01.11.2019-cu il tarixdə məktəb-liseyin 5-6- cı sinif şagirdləri ilə "Bullinqin profilaktikası" mövzusunda təlim keçirilmişdir. Təlimi tərbiyə işləri üzrə direktor müavini Fatma Əliyeva, məktəb-liseyin psixoloqu Sədaqət İsmayılova, UBR Könül Muradova aparmışdır. Təlimdə  “Bullinq” sözünün ingilis dilindən tərcümədə təcavüz, qorxutmaq, təhqir etmək, uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranış olması söylənildi. Bullinqin növləri - kiber, sosial, şifahi, psixoloji və fiziki zorakılıq haqqında  ətraflı  məlumat verildi, onun fəsadlarından danışıldı.  Məktəb bullinqinin bir uşağın və ya bir uşaq qrupunun başqa bir uşağa və ya uşaq qruplarına fiziki və yaxud psixoloji qəddar münasibət olduğu deyildi. Söylənildi ki,  qurbanların hüquqları qorunarsa və onu müdafiə edənlər olarsa bullinqə son qoyular. İnteraktiv təlimdə uşaq zorakılığına-bullinqə məruz qalanların psixoloji durumu araşdırıldı, köməklik etmənin yolları şagirdlərlə birlikdə müzakirə edildi. Zorakılıq halları  təkrar baş verdikdə  mütləq məktəb rəhbərliyinə,müəllimlərinə, valideynlərinə, hətta böyük bacı və qardaşlarına müraciət etmələri diqqətə çatdırıldı. Təlimdə şagirdlər bir daha əmin oldular ki, qarşılıqlı anlaşma və biri-birinə yardım  zorakılığın qarşısını alır və cəmiyyətdə  sağlam psixoloji mühit yaradır.

    Məktəb-liseydə  digər yaş qrupları üzrə təlimlər davam edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi