“Alqoritmika - uşaqlar üçün beynəlxalq proqramlaşdırma məktəbi”

Təhsil Nazirliyinin rəhbərliyi ilə “Alqoritmika” şirkəti tərəfindən həyata keçirilən rəqəmsal bacarıqlar layihəsi məktəblilərə rəqəmsal bacarıqların və proqramlaşdırmanın öyrədilməsi istiqamətində əvəzsiz layihələrdəndir. 15 ölkəni, 200 şəhəri, 400 məktəbi 40 000 şagirdi əhatə edən bu layihə məktəb-liseydə uğurla həyata keçirilir. Burada 5, 6, 7 -ci siniflərdə Azərbaycan və rus bölmələrində təhsil alan şagirdlər həftədə 2 saat tədris olunan informatika fənnini səbrsizliklə gözlədiklərini bildirirlər. Valideynlər uşaqların ev tapşırıqlarını böyük həvəslə yerinə yetirdiklərini vurğulayırlar. “Alqoritmika” şirkəti rəqəmsal bacarıqlar layihəsi çərçivəsində informatika fənninin online platformada tədrisi şagirdlər tərəfindən proqramlaşdırma bacarıqlarının tez və effektiv mənimsənilməsinə zəmin yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi