“Nəsimi bir günəşdir” adlı ədəbi - bədii tədbir keçirildi

30.10.2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2019-cu il “Nəsimi ili” elan olunması münasibətilə məktəb-liseydə “Nəsimi bir günəşdir” adlı ədəbi-bədii tədbir keçirildi. Tədbirdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, aparatının əməkdaşları, müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər.

Tədbir Nəsiminin  “Ayrılır” qəzəlinin səslənməsi ilə başlandı. Şagirdlər “Nəsimi” filmindən “İbrahim şah və Nəsimi” epizodunu səhnələşdirdilər. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Qabilin “Nəsimi ” mənzum romanının “Ozanlar” hissəsindən Aşıqların deyişməsi, dahi şairin tuyuqlarını, “Yanaram”, hürufi müəmmalarını əks etdirən “Otuz iki” qəzəllərini istedadlı şagirdlər məharətlə ifa etdilər. Nəsiminin “Sığmazam” musiqili kompozisiyası tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Tədbirin sonunda məktəb-liseyin direktoru Nəbi Mahmudov çıxış edərək tədbirin təşkilində zəhməti olan müəllimləri, şagirdləri tədbirin uğurlu alınmasına görə təbrik etdi və onlara öz təşəkkürünü bildirdi. Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək Nəsimi irsinin öyrənilməsi və təbliğinin ilk təşəbbüskarının Ümummilli lider Heydər Əliyevin olduğunu, daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu təşəbbüsü davam etdirərək 2019-cu ili “Nəsimi ili” elan etməsi ilə Nəsimi irsinin yenidən araşdırılması və dünyaya tanıdılmasına imkan yaratmasını xüsusi vurğuladı, tədbiri təşkil edən pedaqoji işçilərə və şagirdlərə öz təşəkkürünü bildirdi. "Nəsimi bir günəşdir” adlı tədbirin təşkilində fəal iştirak etdiyinə görə məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimləri – Mədətova Sədaqət, filologiya üzrə fəlsəfə doktoru Cahangirzadə Səadət, musiqi müəllimi Əkbərova  Natella və tədbirdə çıxış edən şagirdlər Fəxri Fərmanla təltif olundular. Sonda xatirə şəkilləri çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi