“Gənclərin peşə yönümü tərbiyəsinin təşkili“ mövzusunda təlim

28.10.2019-cu il tarixdə məktəb-liseydə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində olan Dövlət Məşğulluq Xidməti tərəfindən gənclərdə düzgün peşə seçmək istiqamətində onlara dəstək göstərmək məqsədilə “Gənclərin peşə yönümü tərbiyəsinin təşkili“ mövzusunda təlim keçirildi. Təlimçi Abidova Ramilə gənclərdə peşə seçiminin əsas istiqamətləri, düzgün peşə seçimi, peşə seçimində nəzərə alınan amillər və bu seçimdə gənclərə dəstək olan şəxslər haqqında geniş və ətraflı məlumat verdi. Qeyd olundu ki, gənclər dərin bilik və dünyagörüşə, yüksək mənəvi keyfiyyətlərə malik olmaqla bərabər, özünün arzusuna, qabiliyyət və bacarığına, həmçinin perspektiv tələbatlarına müvafiq olaraq peşə yönümünün təşkilinin onlarda əmək fəaliyyətinin formalaşdırılması baxımından mühüm rol oynadığını öyrəndilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi