Dövlət Müstəqilliyi Günü

           18. 10. 2019-cu il tarixdə məktəb-liseydə "Müstəqilliyimiz əbədidir"adlı ədəbi-bədii tədbir keçirildi. Tədbirdə məktəb liseyin rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət  Himninin səsləndirilməsi ilə başladı. Tarix müəllimi Səadət Nəsibova "Azərbaycanın Dövlət Müstəqilliyi Dönməzdir!" mövzusunda məruzəilə çıxış etdi. Şagirdlər Müstəqillik Gününə həsr edilmiş şeirlər söylədilər, mahnılar ifa etdilər, bir-birindən rəngarəng rəqs nümayiş etdirdilər. Tədbirin sonunda məktəb-liseyin direktoru Nəbi Mahmudov Dövlət Müstəqilliyinin qorunub saxlanmasında, əbədiliyinin təmin edilməsində Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dövlət Müstəqilliyinin möhkəmləndirilməsində, Azərbaycanın Dünya miqyasında tanıdılmasında həyata keçirdiyi fəaliyyətlərdən söz açdı. Tədbirin hazırlanmasında nümunəvi fəaliyyətlərinə görə Səadət Nəsibova, Nurhanə Qələndərli, Nihal Hüseynzadə və Könül Muradova Fəxri-Fərmanlarla təltif olundular.

 Məktəb-liseyin foyesində Müstəqillik Gününə həsr olunmuş şagirdlərin çəkdikləri rəsmlər, əl işləri sərgiləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi