II - IV siniflərdə monitorinqlər keçirildi

Şagirdlərin şəxsiyyət kimi formalaşmasında təfəkkürün inkişafı çox mühüm amildir. Fəal təlimin əsas üstünlüyü ondan ibarətdir ki, şagirdlərin idrak fəallığını artırır, onları düşündürür, müstəqil qərarlar çıxarmağa yönəldir.Məhz bu məqsədlə məktəbimizdə vaxtaşırı şagirdlərlə məntiq əsaslı test tapşırıqları keçirilir,təhlillər,araşdırmalar aparılır, nəticələr əsasında lazımı istiqamətlər müəyyənləşir. Növbəti dəfə 28-30.2016-cı il tarixdə II - IV siniflər arasında imla yazı işləri və IV sinflər arasında Azərbaycan dili,riyaziyyat,ingilis dili fənnlərindən monitorinqlər keçirildi. Nəticələrin müzakirəsində məktəb rəhbərliyi və sinif müəllimləri iştirak etdilər,təhlillərdə aşağı qiymət alan şagirdlərin nəticələrinin dərs ilinin sonuna qədər yaxşılaşdırılması üçün əlavə məşğələlərin keçirilməsinin vacibliyi müəyyənləşdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi