Beynəlxalq Müəllimlər Günü

04.10.2019-cu il tarixdə məktəb-liseydə "Beynəlxalq Müəllimlər Günü" münasibətilə tədbir keçirildi. Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, 283 nömrəli məktəbin direktoru Tünzalə Zeynalova,  284 nömrəli məktəbin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru Nizami Novruzov, YAP Binəqədi Rayon Təşkilatının nümayəndələri, pedaqoji kollektiv, şagirdlər və valideynlər iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Himni ilə başladı. Daha sonra şagirdlər öz şeirləri və mahnıları ilə müəllimlərini təbrik etdilər, onlara öz dərin hörmət və ehtiramlarını bildirdilər.
“Müəllim peşəsinin müqəddəsliyi” mövzusunda məktəb-liseyin Azərbaycan dili və Ədəbiyyat müəllimi Mehriban Məmmədova çıxış etdi. O, şagirdlərin həyatında bir şam olub əriyərək yetirmələrinin gələcəyini aydınlatması baxımından müəllim peşəsinin şərəfli və uca bir peşə olduğunu qeyd etdi və həmkarlarını bayram münasibətilə təbrik etdi.
Sonra Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəllim və təhsillə bağlı dəyərli fikirlərini əks etdirən videoçarx nümayiş olundu. Balacaların rəqsləri tədbirə bayram əhval-ruhiyyəsi qatdı.
2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı Nəsimi yaradıcılığına və irsinə nəzər salındı. Mütəfəkkir şairin fəlsəfi yaradıcılığı haqqında Azərbaycan dili və Ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səadət Cahangirzadə çıxış etdi. Məktəblilərin məktəb-liseyin musiqi müəllimi Natella Əkbərovanin rəhbərliyi ilə Nəsiminin “ Sığmazam” qəzəlinə hazırladıqları musiqili kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. 

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov müəllimləri "Beynəlxalq Müəllimlər Günü" münasibəti ilə təbrik etdi, müəllimlik sənətinin çətin və məsuliyyətli bir peşə olduğunu xüsusi vurğulayaraq onlara bu çətin və şərəfli işdə uğurlar arzu etdi. Məktəb-liseyin bir qrup müəllimi "Beynəlxalq Müəllimlər Günü" və YAP-ın ictimai-siyasi həyatında fəal iştirakına görə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Fəxri Fərmanları ilə təltif olundular.
Tədbirin sonunda məktəb-liseyin direktoru Nəbi Mahmudov pedaqoji kollektivi "Beynəlxalq Müəllimlər Günü" münasibətilə səmimi qəlbdən təbrik etdi,  tədbirdə iştirak etdikləri üçün qonaqlara kollektiv adından təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi