”Bir əsrdə iki soyqırım yaşamış xalq”

31mart - Azərbaycanlıların Soyqırımı Günü məktəbimizdə xüsusi anıldı. İlk dərslərdə erməni qaniçənlərinin tarixən xalqımızın başına gətirdiyi dəhşətli faciələr və həyata keçirdikləri soyqırım barədə şagirdlərə geniş məlumat verildi. Sonra məktəb rəhbərliyi,tarix müəllimləri və şagirdlərin iştirakı ilə ”Bir əsrdə iki soyqırım yaşamış xalq” mövzusunda konfrans keçirildi. Əvvəlcə soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi və bu işdə gənclərin üzərinə böyük iş düşdüyü diqqətə çatdırıldı. Çıxışlarda Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımızın ağır təzyiqlərə məruz qaldığı, 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri vəhşiliklərin qan yaddaşımızda əbədi iz buraxdığı, 31 mart soyqırımı bəşər tarixində baş verən ən qanlı faciələrdən biri kimi tarixə düşdüyü bildirildi,şagirdlərin hazırladıqları məruzələr,inşa yazıları dinlənildi, videoçarx nümayiş etdirildi. Müzakirələrlə keçən konfransda bir daha vurğulandı ki, tarixin neçə-neçə sınaqlarından şərəflə çıxan xalqımız faciələrdən,soyqırımlardan sarsılsa da qırılmayıb, əksinə daha güclü,qudrətli dövlətin qurulmasında əzmkarlıq,mübarizlik ruhunu artırıb. Tarix olub keçmiş hadisələri xatırlamaq, baş vermiş hadisələri yadda saxlamaq üçün deyil, tarixin ən böyük xidmətlərindən ibrət dərsi götürmək üçündür söyləyən məktəbin direktoru A.F.Bayramova bu ibrət dərsi isə düşmənə qarşı amansız olmaqdan, qazandığımız nailiyyətləri qoruyub saxlamaqdan, itirdiklərimizi geri qaytarmaqdan ibarət olduğunu xüsusi vurğuladı və bu işdə gənclərin üzərinə böyük iş düşdüyünü diqqətə çatdırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi