Milli Musiqi Günü

          26.09.2019-cu il tarixdə “Milli Musiqi Günü” nə və Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, milli musiqi və operanın banisi Üzeyir Hacıbəylinin anadan olmasının 134- cü ildönümünə həsr olunmuş tədbir keçirildi.

Tədbir məktəbin şagirdlərinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Üzeyir Hacıbəylinin Koroğlu uverturasi səsləndirildikdən sonra məktəblilər dahi bəstəkarın həyat və yaradıcılığından, Azərbaycan musiqi tarixindəki xidmətlərindən danışıb. lll sinif şagirdləri “Arşın mal alan” operettasından milli məişət koloritinin bədii təcəssümü olan “Qızların xoru” , Cahan xalanın kupletləri, “O olmasın bu olsun” operettasından Rüstəm bəylə Məşədi İbadın dueti, “ Yaxşı yol” mahnısını səsləndirdilər.

        Tədbirin sonunda məktəbin direktoru Nəbi Mahmudov çıxış edərək dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinə, ədəbiyyatina verdiyi misilsiz xidmətlərini bir daha vurğulayıb və bu tədbirdə əməyi keçən müəllimlərə: Reyhan Qarayeva, Pərvanə Absalamova və Natella Əkbərovaya öz təşəkkürünü bildirib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi