“Sülh göyərçini”

20.09.2019-cu il tarixdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində “Qələbənin Varisləri” Beynəlxalq İttifaqı ilə birlikdə 246 nömrəli məktəb-liseydə "Beynəlxalq Sülh Günü" ilə bağlı tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başladı.Məktəb-liseyin direktoru tədbir iştirakçılarını salamladı. Dünyanın 147-dək ölkəsinin qoşulduğu “Sülh göyərçini' mənəvi birliyə çağırış aksiyası çərçivəsində keçirilən tədbirdə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, istefada olan polkovnik Cəlil Xəlilov, Təşkilatın Hərbi Vətənpərvərlik şöbəsinin müdiri, istefada olan polkovnik Adil Haqverdiyev, İkinci Dünya Müharibəsinin Veteranı 97 yaşlı Nazim Ramazanov, Binəqədi İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Səfərbərlik Xidməti Binəqədi rayon təşkilatının, Binəqədi rayon Prokurorluğunun əməkdaşları, məktəb-liseyin müəllim və şagird kollektivi, valideynlər iştirak etdilər.

Respublika Veteranları Təşkilatının sədr müavini, istefada olan polkovnik Cəlil Xəlilov çıxış edərək qeyd etdi ki, İkinci Dünya Müharibəsində alman faşizmi üzərində Qələbəyə mühüm töhfələr vermiş Azərbaycan bu beynəlxalq təşəbbüsdə fəal iştirak edir. Bu tədbirdə məqsəd həm də dünyaya sülh mesajları çatdırmaqdır. 

Canlı bağlantıda tədbir iştirakçıları Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı bölmələrinin işğalı altında olmasını, Ali Baş Komandan, Respublika Prezidenti İlham Əliyevin dəfələrlə beynəlxalq tribunalardan işğal olunmuş ərazilərin sülh yolu ilə qaytarılmasının tərəfdarı olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

Videokonfrans vasitəsilə məktəb-liseyin şagirdləri Ləman Hacıyeva, Nərmin Əliyeva Azərbaycanın dünyada sülhün bərqərar olması ilə bağlı mövqeyini və xalqımızın sülh istəklərini bir daha xarici konfrans iştirakçıların nəzərinə çatdırdılar.

İkinci Dünya Müharibəsində və Qarabağın azad olunması uğrunda müharibədə həlak olmus, itkin düşmüş azərbaycanlıların xatirəsini yad etmək üçün şarlar havaya buraxıldı.

Sonda məktəblilərin ifasında sülhə aid mahnılar təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi