“Bilik Günü”

     16.09.2019-cu il tarixdə məktəbimizdə “Bilik Günü” qeyd olundu. Dövlət himni səsləndikdən sonra məktəbin direktoru Nəbi Mahmudov bütün müəllimləri, şagirdləri, valideynləri və birinci sinfə qədəm qoymuş məktəbliləri salamlayaraq, yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi və onlara uğurlar arzuladı.  Məktəbin direktoru Nəbi Mahmudov Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən yüksək  qayğıdan danışaraq 2019-2020-ci il tədris ilində qarşıda duran məqsədləri tədbir iştirakçılarının diqqətinə çatdırdı.

     Sonra bayram əhval-ruhiyyəli tədbirdə söz birincilərə verildi.Məktəblilər Vətənə həsr olunmuş şeirlər səsləndirdilər, rəqs bacarıqlarını nümayiş  etdirdilər.

      Sonda ilk zəng çalındı. Məktəblilər siniflərə daxil oldular.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi