2019 / 2020- ci tədris ilində məktəb - liseyin ilk Pedaqojı Şurası

       13 sentyabr 2019-cu il tarixdə məktəb-liseyin akt zalında məktəb-lisey Pedaqoji Şurasının ilk iclası keçirildi. İclası məktəb-liseyin direktoru Nəbi Mahmudov açdı. O, pedaqojı kollektivi yeni tədris ilinin başlanması münasibəti ilə təbrik etdi, ölkəmizdə həyata keçirilən təhsil siyasətindən, dövlətin təhsilə göstərdiyi diqqət və qayğıdan danışaraq pedaqoji kollektivə yeni tədris ilində uğurlar arzuladı. Kollektivi Pedaqoji Şuranın gündəliyi ilə tanış etdi. İclasın gündəliyində aşağıdakı məsələlər qoyulmuşdu:
1. Pedaqoji şura sədrinin və katibinin seçilməsi

2. “2018-2019-ci tədris ilinin yekunları və “2019-2020-ci dərs ili ərzində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet istiqamətləri barədə” 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-ci il tarixli, F-18 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və əlavə tədbirlər haqqında” Təhsil naziri cənab Ceyhun Bayramovun 30.08.2019-cu il tarixli, F-531 nömrəli əmri ilə bağlı pedaqoji kollektivin vəzifələri haqqında”

3. Yay-tədris tapşırıqlarının nəticələri haqqında

4. Məktəb-liseyin məktəbəhazırlıq, I, VII (lisey) və X (təmayül) siniflərinə şagird qəbulunun nəticə­ləri barədə

5. Siniflərin komplektləşdirilməsi haqqında, fənn metodbirləşmələri sədrlə­rinin təyin edilməsi, fənn kabinetləri və dərnək rəhbərlərinin rəhbərlərinin, dərsdənkənar məşğələlərin verilməsi və s.

pedaqoji şuranın gündəliyində olan məsələlər müzakirə edildi və müvafiq qərarlar qəbul olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi