Kiçik Akademiyadan böyük gələcəyə

İstedadlı, yaradıcı təfəkkürə malik, araşdırma aparmaq qabiliyyəti olan şagirdləri üzə çıxarmaq və onları bir məqsəd ətrafında birləşdirmək məqsədi ilə məktəbimizdə “ Kiçik Akademiya” təsis edilmişdir.Məktəb rəhbərliyi, fənn müəllimləri və şagirdlərin birgə iştirakı ilə “Kiçik Akademiya”nın texniki və humanitar fənlər kafedrası elmi işlərinin təqdimatını keçirdilər. Şagirdlərin müxtəlif kateqoriyalar üzrə hazırladıqları slaydlar, məruzə-təqdimatlar maraqla dinlənildi,müzakirələr aparıldı,yeni ideyalar yarandı və bununla da gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan digər layihələrin əsası qoyuldu.Təqdimatda çıxış edən məktəbin direktoru A.F.Bayramova “ Kiçik Akademiya” nın yaradılmasının əsas məqsədinin şagirdlərdə elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərinin aşılanması, məktəblilərin elmə marağının artırılması, onların istedad, bacarıq və elmi potensialının üzə çıxarılması olduğunu söylədi. KA-da şagirdlər sərbəst idarəçilik, təşkilatçılıq, araşdırma və qərarvermə qabiliyyətlərinə yiyələndiyini vurğuladı. Bu da şagirdlərin müasir, daima inkişafda olan ölkəmizin tələblərinə uyğun şəkildə yetişdirilməsinə gətirib çıxardır . “İstəyirik ki, siz şagirdlər uşaqlıqdan gələcəyin alimləri kimi böyüyəsiniz ”söyləyən A.Bayramova bu yolda şagirdlərə uğurlarlar arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi