Yesenin gecəsi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması” ilə bağlı müvafiq əmrini rəhbər tutaraq məktəbimizdə XX əsrin əvvəllərində yazıb-yaratmış rus şairi, adı həmin dövrün ən böyük şairləri – Blok, Mayakovski, Bryusovla bir sırada çəkilən Yesenin yaradıcılığına həsr edilmiş ədəbi- bədii gecə keçirildi. Şagirdlər bir müddət Bakıda yaşamış və yaradıcılığının ən məhsuldar dövrü hesab olunan Yesenin yaradıcılığından ətraflı məlumat verdilər. Tədbir boyu tar və skripkanın həzin müşayəti altında söylənən şeirlər şairin könül dünyasını əks etdirirdi. Şagirdlər Qəzəlxan Əliağa Vahidlə şairin görüşündən səhnələşdirilmiş parçaları böyük məharətlə nümayiş etdirdilər. Hazırlanmış slaydda Şuşanın hər bir azərbaycanlı üçün musiqi və şeyriyyat beşiyi olduğunu Eseninin dilindən eşitmək iştirakçılarda xoş və maraqlı təəssürat yaratdı.Sonda Müslüm Maqamayevin ifasında Eseninin sözlərinə bəstələnmiş “Прошай Ваку” mahnısı səsləndə,klip nümayış olundu.Tədbirdə iştirak edən Rus Mədəniyyəti Mərkəzinin nümayəndəsı V.Timofoyevna Rus ədəbiyyatına diqqət, qayğı, məhəbbəti yüksək qiymətləndirdi, tədbirin təşkilinə görə məktəb rəhbərliyinə dərin minnətdarlığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi