Fənn metodbirləşmə iclası

30.08.2019-cu il tarixdə məktəb liseydə fənn metodbirləşmə rəhbərlərinın yığıncağı keçirildi. Yığıncaqda fənn metodbirləşmələrinin rəhbərləri görülmüş işlərlə bağlı çıxış etdilər və qarşıda duran, həlli vacib olan məsələlərdə, xüsusilə təhsilalanların fəaliyyətinin izlənilməsi və nailiyyət səviyyəsinin qiymətləndirilməsində olan çətinliklərdən, onların aradan qaldırılması üçün təkliflər irəli sürdülər. Sonda çıxış edən məktəb-liseyin direktoru Nəbi Mahmudov təlim-tərbiyə işləri üzrə direktor müavinlərinə təşəkkürünü bildirdi və qeyd etdi ki, metodbirləşmə rəhbərləri tədris prosesində ən çox rast gəlinən problemləri dərindən dərk etmələri onların aradan qaldırılmasında əsas məsələlərdən biridir. Biz Təhsil naziri cənab Ceyhun Bayramovun imzaladığı 28.12.2018-ci il tarixli 8/1 nömrəli Kollegiyanın Qərarını layiqincə yerinə yetirməli, təhsilalanların səviyyəsinin dünyanın inkişaf etmiş ölkələrinin təhsilalanlarının səviyyəsinə çatdırmalıyıq. Bu isə bizdən peşəkarlıq səviyyəmizin yüksəlməsini tələb edir. Ona görə də fənn metodbirləşmələrinin işi canlı mexanizmə çevrilməli, qarşılıqlı hörmət əsasında müəllimlərin hər biri digərinin yanında olması, ona dəstək olmalıdır. Fəaliyyətimizin insani münasibətlərin yüksək fonunda qurulması naliyyətlərimizin əsası olacaqdır. Sizi bir daha yeni dərs ili münasibəti ilə təbrik edirəm, kollektivin hər bir üzvünə  yeni dərs ilində müvəffəqiyyətlər və uğurlar arzulayıram.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi