Pedaqoji kollektivlə görüş

 29.08.2019-cu il tarixdə məktəb-liseyin direktoru Nəbi Mahmudovun pedaqoji kollektivlə ilk görüşü keçirildi. O, 2019-2020-ci dərs ilində pedaqoji kollektivin qarşısında duran məsələləri diqqətə çatdırdı. Pedaqoji kollektivin səviyyəsini yüksək qiymətləndirən Nəbi Mahmudov yaxın illərdə birgə səmərəli fəaliyyət nəticəsində məktəb-liseydə tədrisin keyfiyyətinin yüksdiləcəyinin şahidi olacağımızı dilə gətirdi. Xüsusilə təhsilalanların fəaliyyətinin izlənilməsi və nailiyyət səviyyəsinin qiymətləndirilməsinə münasibətin, bu baxımdan  metodiki işin səviyyəsinin daha da yaxşılaşdırılmasının vacibliyini vurğuladı. Birgə əməli fəaliyyətimizin nəticəsi olaraq təhsilalanların həm təhsil, həm də tədris sahəsində nailiyyətlərinin yüksələcəyini, məktəb-liseyin Ölkəmizinin qabaqcıl təlim-tərbiyə müəssisələrindən birinə çevriləcəyinin təmin ediləcəyini bildirdi. Valideynlərin məktəblə əlaqəsinin daha yaxşı şəkildə təmin edilməsi, onların  maarifləndirilməsi sahəsində işlərin aparılmasının təhsilin keyfiyyətinin yüksəlməsinə ciddi təsir edəcəyinin daim nəzərə alınmasının əhəmiyyətli olduğunu bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi