Məktəbimizdə “Şən startlar ” idman yarışı keçirildi.

Novruz bayramı münasibəti ilə məktəbimizdə 17-18.2016-cı il tarixdə III və IV siniflər arasında 5 nominasiya üzrə “Şən startlar” əyləncəli yarış keçirildi. Yarışa çox maraqla hazırlaşan şagirdlər qələbə uğrunda həvəslə mübarizə apardılar. Uşaqların idmana olan maraqlarını artırmaq məqsədi ilə təşkil olunmuş bu yarışda şagirdlər öz güclərini sınadılar. Yarışa məktəbimizin müəllimlərdən ibarət münsiflər heyəti nəzarət edirdi. Komandalar arasında keçirilən maraqlı estafetlərdə III siniflər arasına I yerə III e- “Dan ulduzu ” , II yerə III d -“ Şimşək ” ,III yerə III a -“Qartallar ” ,IV siniflər arasında I yerə IV b -“Xəzər” ,II yerə IV a - ”Şahinlər” , III yerə IV c - “ Fırtına ” komandası cıxdı.Qalib komandalar diplomlarla təltif olundular. Məktəbimizdə vaxtaşırı təşkil olunan bu yarışlar şagirdlərin sağlam inkişafına,həm də idmana olan maraqlarının artmasına səbəb olur. Qalib komandaları təbrik edirik, yarışın təşkilində əməyi olan idman müəllimlərinə isə öz təşəkkürümüzü bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi