Son zəng

   Bu gün doğma vətənimizin bütün məktəbləri öz məzunlarını yola salır. Bu münasibətlə məktəbimizdə "Son zəng" tədbiri keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Orxan Əliyev,Təlimə Dəstək Mərkəzinin əməkdaşı Nigar Bektaşi, müəllimlər və valideynlər iştirak etdilər.

      Tədbiri giriş sözü ilə açan məktəbin direktoru A.Bayramova   2018-2019-cu tədris ilində  görülən işlərdən və qazanılmış uğurlardan danışdı .İnkluziv təhsilə cəlb olunan 9-cu sinif məzunları – Cabirə,  Cəsura ,Əzizə pedaqoji kollektivin səmimi təbrikləri  yazılmış xatirə diplomunu təqdim etdi. Üzünü məzunlara tutaraq  onlara  yeni-yeni nailiyyətlər, gələcək həyat yollarında uğurlar, millətə, dövlətə layiqli vətəndaş olmağı arzuladı.

      Tədbirdə iştirak edən rəsmi qonaqlar çıxışlarında   təhsilə olan dövlət qayğısından, təhsilalanlara keyfiyyətli təhsil şəraiti yaradılmasından, təhsil sahəsində qazanılan uğurlardan danışdılar, məzunları, valideynləri və pedaqoji heyəti təbrik etdilər.

    Tədbir şagirdlərimizin hazırladığı bədii kompozisiya ilə davam etdi. Şagirdlərin bir-birindən maraqlı rəqsləri,musiqi nömrələri,”Nəsimi” filmindən kompozisiya  maraqla qarşılandı. Məzunlar doğma məktəbə, müəllimlərinə olan sevgi və hörmətlərini  ürək sözləri ilə bildirdilər və  maraqlı proqramlarla çıxış etdilər. 

      Tədbirin sonunda məzunlar sülh rəmzi olan göyərçinləri səmaya buraxaraq “Son zəng”in sədaları altında tədbiri yekunlaşdırdılar.

    Gənclik həyatı ilə uşaqlıq həyatının astanasında dayanan məzunlarımız! Bu gün siz öz doğma məktəbiniz ilə, sizlərə ana qədər əziz olan müəllimləriniz ilə vidalaşdınız.  Məktəb rəhbərliyi, həmçinin müəllimləriniz sizləri təbrik edir və gələcək həyatınızda yeni-yeni uğurlar arzulayır! Yolunuz açıq olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi