Sağlam təhsil sinfinin məzunları

“Sağlam Təhsil- Sağlam Millət” layihəsi çərçivəsində fəaliyyət göstərən “Sağlam təhsil” sinfinin  IV-ləri  Məzun Günü  qeyd etdilər.

Tədbirdə layihənin əməkdaşları tədbir iştirakçılarına layihə ilə bağlı məlumat verdilər. Daha sonra siniflərarası müsabiqələr və əyləncəli oyunlar təşkil olundu. Şagirdlər “Sağlam qida” və “Mən güclüyəm” adlı yarış keçirdilər. 
 IV-lər “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin onlara qazandırdığı bilik və bacarıqları bölüşərək   düzgün qidalanma, fiziki aktivlik, yaradıcı təfəkkürün formalaşması, sinif yoldaşları arasında münasibətlərin qurulması, davranış, məsuliyyət mözvularında  maraqlı təqdimatlarla çıxış etdilər.

     Tədbir “Sağlam təhsil” məzunlarının ifasında şeir və tamaşalarla davam etdi. Sonda məzunlara tərifnamələr təqdim olundu.

Məzunlarımızı təbrik edirik, onlara uğurlar arzulayırıq!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi